Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bred Pitin həyatını dəyişən hadisə

70 Baxış

Bred Pitt etiraf edib ki, heykəltəraşlığa olan həvəsi Ancelina Colidən ayrıldıqdan sonra depressiyanın öhdəsindən gəlməyə kömək edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, aktyor Nik Keyv və heykəltəraş Tomas Houseqo ilə “Financial Times”a müsahibə verib.

Keçən ay Finlandiyada Sara Hilden İncəsənət Muzeyində öz işlərindən ibarət sərgi keçirən məşhurlar yaradıcılığın həyatlarındakı rolundan söz açıblar.

Sərgidə bir neçə əsərini nümayiş etdirən Pitt bildirib ki, Hausaqo ilə 2016-cı ildə, hər ikisinin çətin günlər keçirdiyi dövrdə bir məclisdə tanış olublar. Bred toydan iki il sonra Ancelina ilə ayrılmış, Tomas isə psixi problemləri ilə mübarizə aparıb. Görüşdən qısa müddət sonra Pitt onun studiyasına baş çəkib və özünü yeni rolda sınayıb. O, heykəltəraşı 90-cı illərdən tanıdığı Nik Cave ilə də tanış edib.

“Bizim kədərimiz bir anda komediyaya çevrildi. Və birdən həyatımda bir sevinc alovu yanmağa başladı. Mən həmişə heykəltəraş olmaq istəmişəm, həmişə cəhd etmək istəmişəm”, – Bred Pitt bildirib.

Tomas Houseqo da dərd və kədərin onları bir-birinə yaxınlaşdırdığını və bu dostluğun hər birinə yaxşı təsir etdiyini deyib.(Publika.az)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678