Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“KTMT-nin güc tətbiqi ilə bağlı məsələlərə qarışması ciddi münaqişəyə səbəb ola bilər” – Ohanyan

80 Baxış

“KTMT-nin regionumuzda güc tətbiqi ilə bağlı məsələlərə cəlb olunması gələcəkdə ciddi münaqişəyə səbəb ola bilər”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi mətbuat konfransında “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

O bildirib ki, KTMT-nin regionumuzda bu gün güc tətbiqi ilə bağlı məsələlərə qarışması gələcəkdə ciddi münaqişəyə səbəb ola bilər.

“Dövrün səlahiyyətliləri gah deyirlər ki, sülh olmalıdır, gah deyirlər ki, gəlmədilər, qınamadılar. Və sonra o, danışıqlara, daxili razılaşmalara gedir. Hərbi əməliyyatlar dayandırıldıqdan sonra onlar (erməni tərəf – red.) şifahi razılaşma əsasında Sünik (Zəngəzur) bölgəsində təxminən 20 kilometr geri çəkiliblər”, – deyə Ohanyan qeyd edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678