Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nə Putin, nə də Zelenski buna hazırdır – MKİ-nin sabiq şefi

57 Baxış

ABŞ və Avropa ölkələri münaqişə bitdikdən sonra Rusiya və Ukrayna arasında dialoqda iştirak edəcək.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ-CIA) keçmiş rəhbəri, general Devid Petreus “Tagesspiegel” qəzetinə açıqlamasında Qərbin müharibədən sonrakı planları haqqında danışarkən deyib.

“Ukraynadakı döyüşlər danışıqlar yolu ilə bitəcək. Bununla belə, nə Vladimir Putin, nə də Volodimir Zelenski hazırda danışıqlara başlamağa hazırdır. Vaxtı gələndə ABŞ, Aİ, Böyük Britaniya və digər ölkələrin liderləri həll yolu yaratmaq və həyata keçirmək üçün Ukrayna və Rusiya ilə işləyəcəklər”, – o qeyd edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678