Litva XİN onu da “persona non qrata” elan etdi
100 Baxış
Litva Xarici İşlər Nazirliyi Rusiyanın Vilnüsdəki səfirliyinin əməkdaşlarından birini “persona non qrata” elan edib.
Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu haqda Litva XİN məlumat yayıb.
Məlumat görə,adı açıqlanmayan əməkdaşa ölkəni tərk etmək üçün 5 gün vaxt verilib.
Bildirilib ki, səfirliyin əməkdaşı diplomatik statusa uyğun olmayan fəaliyyətlə əlaqədar arzuolunmaz şəxs elan edilib.
Rusiya Xarici İşlər Nazirliyi Litva hakimiyyətinin qərarına reaksiya verərək, müvafiq cavab veriləcəyini bildirib.