Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağ ermənilərinə çağırış- Aksiyaya siz də qoşulun!

72 Baxış

Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəalı Şuşa şəhərinin girişində – Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyası keçirir.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, aksiya bir saatdan çoxdur davam edir. Etirazçılar Xankəndi-Laçın yolunu bağlayıblar.

Azərbaycanın QHT təmsilçiləri və ictimai fəallar Qarabağda yaşayan ermənilərə müraciət edərək, onları da aksiyaya qoşulmağa çağırıblar.

Qeyd edək ki, aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədardır. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb edirlər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678