Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şoyqu: “Rusiya sülhməramlıları Qarabağda sülhün qorunmasının qarantıdır”

62 Baxış

“Rusiya qoşunları Suriya və Qarabağda sülhün qorunmasının qarantıdır”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə bu gün Rusiyanın müdafiə naziri, general Sergey Şoyqu Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın plenar iclasında bildirib.

“Rusiya qoşun qrupları Suriya və Qarabağda sülhün qorunmasının əsas təminatçısı olaraq qalır.

Rusiya sülhməramlıları bir ildən artıqdır ki, Qarabağda və ona bitişik rayonlarda dinc həyatın bərqərar olması üçün şərait yaradırlar.

Bizim hərbçilər bundan əlavə, Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpasına öz töhfələrini verirlər. Hazırda bir dənə də olsun ciddi insidentə yol verilməyib”, – deyə Şoyqu bildirib.

P.S. Şoyqunun sonuncu fikirləri acı gülüş doğurur. İki ildir ki, Rusiya sülhməramlılarının 2 ölkə arasında münasibətləri bərpa etməyə necə “kömək” etdiyi hər kəsə bəllidir. Ermənilər tərəfindən təxribat və insidentlərin sayı isə artıq ermənilərin öz sayını keçib.

Qızıl mədənləri ilə bağlı son hadisələr də göstərdi ki, rus qoşunları öz missiyasını necə yerinə yetirir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678