Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kremldən kritik qərar – Zəhərlərin hazırlanmasına nəzarət edən general…

60 Baxış

Xüsusilə müxalif Rusiya siyasətçiləri və liberallarını aradan qaldırmaq üçün zəhərlərin hazırlanmasına nəzarət edən Federal Təhlükəsizlik Xidmətinin general-polkovniki Eduard Çernovoltsev işdən çıxarılıb.

Turanmedia.az-ın məlumatına görə, TNS “The Insider”ə istinadla xəbər verir ki, bununla bağlı Kremldən qərar verilib.

Məlumata görə, Çernovoltsev FTX-nin Tədqiqat İnstitutu-2-yə nəzarət edirdi, burada gizli laboratoriyada bütün növ zəhərlər hazırlanır. İnstitutun əməkdaşları müxalifət lideri Aleksey Navalnı, yazıçı Dmitri Bıkov və ictimai xadim Vladimir Kara-Murzanın zəhərlənməsində iştirak ediblər.

Rəsmi olaraq, Çernovoltsev pensiya yaşına çatdıqdan sonra pensiyaya göndərilib. Halbuki, bu səviyyədə olan şəxsə adətən 70 ilə qədər xidmət etməyə icazə verilir.(publika.az)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678