Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zod kəndində doğulan “MOŞENNİK”İN qızıl həyatı və PASLANMIŞ fəndləri

58 Baxış

Azərbaycanda Bəxtiyar adı çəkiləndə əvvəllər Rəşid Behbudovun baş rolda çəkildiyi “Bəxtiyar” filmi, xalq şairi Bəxtiyar Vahabzadə, yaxud lotu Bəxtiyar yada düşərdi. Son günlərin ən aktual Bəxtiyarı isə Bəxtiyar Hacıyevdir.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Bəxtiyar Hacıyev 1982-ci ildə Basarkeçərin Zod kəndində doğulub. Ağdaş özəl türk liseyini qızıl medalla bitirdikdən sonra BDU tələbəliyi, Xəzər Universiteti və Harvard magistrlikləri görüb. 2010-cu ildən deputatlığa namizədliklə siyasətə qoşulub. Müxalif yanaşmalarına görə, dolanışığından narazı camaat arasında sevilib və izlənilib.

Kasıbları aldatmağa nə var ki?

Bəxtini diyarda sınamaq istəyən Bəxtiyar Hacıyev də bu reallıqdan faydalanıb. Və rəsmi orqanların açıqlamadığı, yerli mediada elə də yayımlanmayan mövzuları açıb-ağartmağa başlayıb. Belə olan halda isə onun reytinqi daha da yüksəlib. Heç kimin isə ağlına da gəlməyib ki, Bəxtiyar Hacıyev bu informasiyanı necə əldə edib? Adam Harvardda oxuyub deyə falçı deyil ki. Son səs yazısı və faktlardan sonra adam dediyimizin “moşennik” olduğu ortaya çıxır. Ötən il Ülviyyə Alovlu ilə qalmaqallı məhkəmə prosesi, pişik davalarından sonra “imic”i ayaqlar altına düşən Bəxtiyarın kimlərin buyruqçusu olması da aydınlaşandan sonra Hacıyevin hörməti FHN kabinetlərində polkovnikin altına yıxılan ərli qadınların qeyrəti qədərdir. Ləkələnmək bahasına pul qazanmaq Qərbdən maliyyələşən müxalifətçilərə xas olduğundan Azərbaycan cəmiyyəti düşünürdü ki, Bəxtiyar da radikal “muxa”dır. Düzü, vızıltısı da Kərimli bəyanatlarına oxşayırdı. Amma işin içində iş varmış.

Bu yazıdakı məqsədimiz odur ki, insanları müəyyən həqiqətlərdən agah edək. Əgər ölkədəki monopoliya günü-gündən dərinləşən halda Bəxtiyar Hacıyevin ödəmə sistemlərindən birində payı, taksi şirkətləri, şəhərin müxtəlif yerlərində obyektləri varsa, gəlin özümüzü aldatmayaq. Deməli, Bəxtiyar oliqarx məmurlardan bəziləri ilə müqavilə (rüşvət) əsasında çalışır. Bəxtiyar Hacıyevin köməyilə hansısa vəzifəyə yüksəlmək istəyi daha gülüncdür. Onsuz da məmurlar arasında səlahiyyət və vəzifə savaşı hər zaman olub. Hətta onlardan bəziləri prezidentlik iddiasına da qalxıblar. Bu cümlənin Əli İnsanov, Eldar Mahmudov və Vasif Talıbov faktları mövcuddur. Yəni insanlar buna öyrəşib, sadəcə, camaatı narahat edən başqa nüansdır:

– Düz söz danışıb fanat ordusu yığanların çoxu sonunda ya Qərbdən qrant alan ermənipərəst, ya da yerli oliqarx məmurların pul hesabına ortalığa atdığı marionet çıxır.

Teatrın son tamaşasının əsas kuklası Bəxtiyar Hacıyev idi.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678