Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“İran və Hindistan Ermənistana hərbi dəstək verməyə hazırdır” – Xaçatryan

64 Baxış

“9 noyabr 2020-ci il tarixli bəyanatın imzalandığı vəziyyət dəyişdi. İndi İran Ermənistan ətrafında gedən proseslərdə silahla iştirak etməyə hazırdır, Hindistan Ermənistana hərbi dəstək verməyə hazır olduğunu birbaşa bəyan edir”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə “Vahid Ermənistan” partiyasının üzvü Vardan Xaçatryan Ermənistan mediasına müsahibəsində bildirib.

“Azərbaycan Türkiyənin dəstəyi ilə hərbi yolla Zəngəzur yolunu açmağa hazırlaşırdı, lakin Türkiyə bunu riskə atmadı, çünki İran misli görünməmiş addımlar ataraq Qafanda baş konsul təyin etdi və bu, Bakının niyyətinə mane oldu” – deyə erməni siyasətçi sərsəmləyib.

Xaçatryan hesab edir ki, Ermənistan nəhayət ki, keyfiyyətli diplomatik oyun oynamalıdır.

“Hindistanın bəyanatlarına əsaslanaraq, arzu edənlər Ermənistana hücumu diqqətlə hesablamalıdırlar. Bu, ciddi arqumentdir. İran həmçinin Zəngəzur dəhlizinin açılmasının yolverilməzliyindən danışır”, – deyə Xaçatryan əlavə edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678