Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qarabağ” – “Qalatasaray” oyununu “Haber Global” canlı yayımlayacaq

61 Baxış

“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, futbol azarkeşləri həmin kanal vasitəsilə martın 26-da baş tutacaq qarşılaşmanı izləyə biləcəklər.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” matçının bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678