Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mahir Emrelinin futbol oynamasına qadağa qoyuldu

103 Baxış

FIFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelini cəzalandırıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə 25 yaşlı hücumçunun sabiq klubu olan Polşa “Legiya”sının hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski özünün rəsmi tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, forvard Varşava təmsilçisi qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya olunub.

FIFA Futbol Tribunalı Emrelinin Polşa təmsilçisinə 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb. Borcunu qaytaranadək onun futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678