Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşçilərə bu məbləğdən az maaş vermək qadağandır – RƏSMİ

63 Baxış

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) minimum əməkhaqqı artımı ilə bağlı məlumat yayıb.

Turanmedia.az xəbər verir ki, qurumdan Modern.az-a verilən məlumatda bildirilib ki, işçilərə minimum əməkhaqqından az əməkhaqqı vermək qadağandır.

“İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövltin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır. Qanunvericiliyə görə bu, inzibati məsuliyyətə səbəb olur”,- DƏMX-in məlumatında qeyd olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla 1 yanvardan etibarən Azərbaycanda minimum əməkhaqqı məbləği 345 manat müəyyən edilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678