Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

TRACECA-nın Azərbaycan hissəsindən daşınan yüklərin həcmi azalıb

173 Baxış

2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin (TRACECA) Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 29 milyon 865,6 min ton olub ki, bu da ötən ilin müvafiq nisbətən 22,9 faiz az olub.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, yüklәrin 16 milyon 621,7 min tonu və ya 55,7 faizi avtomobil nəqliyyatı, 9 milyon 532,7 min tonu və ya 31,9 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 711,2 min tonu və ya 12,4 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dәhliz vasitәsilә daşınmış yüklәrin 20,4 faizini və ya 6 milyon 95,3 min tonunu tranzit yüklər təşkil edib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678