Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Magistral kəmərlərlə daşınan qazın həcmi 7 faizdən çox artıb

160 Baxış

2020-ci ilin yanvar-oktyabr ayları ərzində magistral qaz kəmərləri ilə 23 milyard 610 milyon kubmetr qaz nəql edilib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, daşınan qazın həcmində əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artım müşahidə olunub.

Qaz nəqlinin 41,7 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Müvafiq dövr ərzində boru kəməri vasitəsilə 9 milyard 850,1 milyon kub-metr qaz ötürülüb.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678