Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvan sakinlərinə son üç ayda bu qədər ƏDV qaytarılıb

54 Baxış

Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsinin tətbiq edildiyi 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayına qədər istehlakçılara ümumilikdə 184 min 522 kassa çeki üzrə 56,5 min manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini məlumat verib.

Bildirilib ki, cari ilin fevral ayında isə 137 min 184 kassa çeki üzrə 34,7 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb.

Yanvar ayı ilə müqayisədə fevral ayında kassa çekləri üzrə 2,9 dəfə, qaytarılan məbləğ üzrə 1,6 dəfə artım olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678