Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İçərişəhərdə tarixi abidədə bahalı restoran – Qiymətlər

75 Baxış

Bakıya gələn turistlərin və yerli sakinlərin ən çox ziyarət etdiyi tarixi məkanlardan biri olan İçərişəhərdə fəaliyyət göstərən restoranlardan biri “Muğam Club”dur.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, XVII əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan ikimərtəbəli karvansaray və ya “Muğam klub” teatr-restoranı 1994-cü ildən fəaliyyət göstərir. 2001-ci ildən isə bura UNESKO Ehtiyat Siyahısına daxil edilib və ölkə əhəmiyyətli memarlıq abidəsi elan olunub.

Restoranın interyeri Şərq ruhunda dizayn edilib. Həmçinin, menyusu da klassik Şərq yeməkləridir.

Belə ki, burada 45 manatlıq 3 çeşiddə 2 nəfərlik səhər yeməyi menyusu var. Növündən asılı olaraq şorbalar 7-14, salatlar 9-17, isti qəlyənaltılar 2-16, sac üstü 32-35, soyuq qəlyənaltılar 7-150, isti yeməklər 9-19, balıq yeməkləri 25-50, kabablar 5-46, qarnirlər 6, plovlar 15-50, təndirdə bişən yeməklər 21-330, desertlər 3-18, isti içkilər 6-40, alkolsuz içkilər 5-10 manat təşkil edir.

Məkanda 10% servis haqqı var. Hər gün saat 19:00-dan isə canlı musiqi proqramı olur. Bu halda isə servis və canlı musiqi ilə birgə hesaba 15% əlavə edilir.

Həmçinin, restorana birgə gələnlərin sayı 10 nəfərdən çox olduğu zaman qiyməti 85 manatdan başlayan banket menyusu da təklif olunur.

Rezerv üçün adi və ya xüsusi gün olmasından asılı olmayaraq, 1 gün öncədən müraciət etmək kifayətdir.

Qeyd edək ki, bu, Bakıda ən bahalı restoranlardandır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678