Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə Qərbə qaz satışı gələn il başlayacaq

75 Baxış

Rusiyanın Türkiyədə nəzərdə tutduğu qaz qovşağı vasitəsilə qaz satışı və alışı 2024-cü ildə başlayacaq.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz deyib.

“Qaz qovşağına gəlincə, biz ilk hərraca 2024-cü ildə başlayacağıq”, – Dönmez bildirib.

Qeyd edək ki, daha əvvəl F.Dönməz bir sıra Avropa ölkələrinin Türkiyənin qərbində yaradılan qovşaq vasitəsilə qaz almağa hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə, Rumıniya çoxdan Türkiyə vasitəsilə qaz almaq istəyir. Təbii qaz almaq arzusu Macarıstan, Bosniya və Herseqovina və Serbiya tərəfindən də ifadə olunub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678