Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yerli hotellər 3 ayda 85 milyon manat qazandı

45 Baxış

Bu ilin I rübündə Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 42,8% artaraq 85,2 milyon manat təşkil edib.

Turanmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 55,5%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9%-i ictimai iaşə xidmətlərindən, 6%-i müalicə və sağlamlıq xidmətlərindən, 9,6%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 13,4% olub ki, bu da 1 il əvvələ nisbətən 2,5% bəndi çoxdur. Bu göstərici Naftalanda 37%, Qusarda 30,3%, Şabranda 29%, Beyləqanda 25,7 %, Bərdədə 22,8%, Şuşada 20,2%, Bakıda 19,9%, Qubada 19,6%, Sabirabadda 18,6%, Naxçıvan MR-da 16,7%, Ağcabədidə 15,3%, Lənkəranda 14,8%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678