Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda qazma əməliyyatlarını həyata keçirəcək yeni şirkət yaradıldı

181 Baxış

“Oil Rocks Drilling Company” Məhdud Məsuliyyətli Cəmiyyəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegilər Xidmətinin reyestrindən keçib.

Şirkət SOCAR-ın “Azneft” İstehsalat Birliyi ilə eyni olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ev.73 ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 10 000 manat həcmindədir. Yeni şirkətin qanuni təmsilçisi Ramiz Həsənovdur. O, eyni zamanda SOCAR-ın Kompleks Qazma İşləri Trestinin müdiri vəzifəsini icra edir.

Adından göründüyü kimi MMC-nin qazma fəaliyyətini icra edəcəyi gözlənilir. 

Məhdud məsuliyyətli cəmiyyət 27 oktyabr 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678