Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda mənzillər kəskin bahalaşıb – Ekspert qiymətləri açıqladı

36 Baxış

“Bu gün birotaqlı mənzillər şəhər mərkəzində, məsələn, Nərimanov rayonunda köhnə “Xurşovka” dediyimiz evlər 90-100 min manata təklif olunur. Ötən il avqust ayında bu mənzillər 80-85 minə təklif olunurdu”.

Turanmedia.az xəbər verir ki, bunu Valyuta.az-a açıqlamasında əmlak eksperti Ramil Qasımzadə deyib. O, qiymət artımının sezilə biləcək qədər hiss olunduğunu deyib:

“2 otaqlı mənzillər 100-120 min, 3 otaqlı mənzilər isə 150 minə təklif olunur. Mənzillərin qiymətləri layihədən asılı olaraq dəyişir”.

Ekspert hesab edir ki, avqust ayında mənzil bazarında qiymətlər bir o qədər də artmayacaq:

“Çoxmənzilli binalarda yerləşən ucuz mənzillər tədricən qıtlaşmaq üzrədir. Ucuz mənzillərlə bağlı bazara edilən təkliflərin sayı hər ay azalmağa doğru gedir. Bu azalma qiymətlərin artımına təsir edir. Hazırda yaydır, qiymətlər stabildir, amma sentyabrdan sonra qiymətlər artmağa doğru gedəcək”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678