Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İyulda İstanbul hava limanından 7,5 milyon sərnişin istifadə edib

37 Baxış

İstanbul hava limanı sərnişinlərin sayına görə Avropada ikinci yerdədir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Davud Gül bildirib.

Vali qeyd edib ki, sərnişinlərin sayının artım tempinə görə isə İstanbul aeroportu birinci yerə çıxıb.

“Avropa Beynəlxalq Hava Limanları Şurası bu ilin iyul ayına olan statistikanı açıqlayıb. Sərnişin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz artıb. Bu ilin iyulunda 7,5 milyon nəfərə yaxın sərnişin İstanbul hava limanından uçub”, – o əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678