Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanlı milyarderin şirkəti parçalanır

34 Baxış

Teymur Əhmədov adına “AzNar” QSC restrukturizasiya edilir.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, QSC-nin əmlakı və onun törəmə müəssisələrinin əmlakı bazasında, o cümlədən “AzNar” QSC-dən ayrılma şəklində yeni təsərrüfat subyektləri yaradılır.

Yaradılacaq təsərrüfat subyektlərinin əmlakının dəyərinin, nizamnamə kapitalının məbləğinin və tərkibinin, mülkiyyətçisinin, təşkilati-hüquqi formasının və s. müəyyən edilməsi, ümumiyyətlə bu qərarın icrası ilə bağlı bütün zəruri hərəkətlərin yerinə yetirilməsi direktorlar şurasına həvalə edilib.

Qeyd edək ki, “AzNar” QSC-nin majoritar səhmdarı Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovdur. QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678