Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputatdan banklarla bağlı xəbərdarlıq: buna diqqət edin

45 Baxış

Müflis elan edilən “Muğanbank” ASC-nin internet səhifəsi də artıq aktiv deyil. Mərkəzi Bankın elan etdiyi rəqəmlər ilə yanaşı Muğan Bankın fəaliyyəti ilə bağlı digər bir sıra göstəririclər də diqqəti cəlb edir. 30 sentyabr 2023-cü il tarixinə olan məlumata görə, aktivlərin həcminə görə “Muğanbank” Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında 16-cı sırada olub. Yəni, aktivlərin həcminə görə banklar arasında ən sonuncu yerlərdə qərarlaşmamışdı.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bankın aktivləri 647 milyon 971 min manata bərabər idi. Bununla yanaşı, aktivlərdə azalma faizinə görə ən pis göstəriciyə malik olub. “Muğanbank”ın həmin müddətdə aktivləri 18,9% azalıb:

“Digər tərəfdən, bu ilin ilk 9 ayında 3 bank zərərlə işləyib. 1 milyon 287 min zərəri qeydə alınan “Muğanbank” həmin müddətdə mənfəətə həsrət qalan 3 bankdan biri olub.

Mərkəzi Bankın açıqlamasında bankın ümumi kredit portfelinin həcmi açıqlanmayıb. Bununla yanaşı, baş bank bildirib ki, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir. Mərkəzi Bank elan edib ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.
Bununla yanaşı, üçüncü rübün yekunlarına əsasən, “Muğanbank”da depozitlərin həcmi 322 milyon 478 min manat olub. Əgər son 18 gün ərzində əmanət portfelində dəyişiklik baş verməyibsə o zaman “Muğanbank”ın 105 milyon 778 min manat sığortalanmamış əmanəti olub”.

Millət vəkili banklarla bağlı vətəndaşlara da xəbərdarlıq edib: “Muğanbank”ın müflis olması bir daha göstərir ki, vətəndaşlarımız əmanət yerləşdirən zaman həm bankın maliyyə göstəricilərinə, həm də hesabatlığına xüsusi diqqət yetirməlidirlər. Mövcud qaydalara əsasən, məbləği 100 min manatdan çox olmayan manatla 12, xarici valyuta ilə 2,5%-dək dividend ödənilən əmanətlər sığortalanır. Bu baxımdan, əmanətləri sığortalanan paket çərçivəsində banklarda yerləşdirməklə risklərdən qoruna bilərsiniz”.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678