Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Fitch Ratings” Azərbaycanın reytinqini təsdiqləyib

167 Baxış

“Fitch Ratings” Azərbaycanın reytinqini təsdiqləyib.

Oxu.Az-ın “Fitch”in rəsmi saytına istinadən verdiyi məlumata əsasən, beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitentinin defolt reytinqini mənfi proqnozla “BB+” səviyyəsində təsdiqləyib.

Qeyd edilib ki, neqativ proqnoz özündə koronavirus pandemiyasının iqtisadiyyata təsirini, o cümlədən, qlobal miqyasda neft qiymətlərinin bərpası ilə əlaqədar qeyri-müəyyənliyin davam etməsini, eləcə də, COVİD-19-un ikinci dalğasının Azərbaycanın xarici buferlərinə potensial təsiri və makroiqtisadiyyatın nizamlanmasında davam edən riskləri əks etdirir.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678