Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Blogerlərin “trendyol”dan qazancı məlum oldu – Fantastik rəqəm

33 Baxış

Ötən ay bir neçə bloger “trendyol” linklərindən hər biri ayrılıqda 30 min dollardan çox pul qazanıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib.

O bildirib ki, blogerlərin paylaşdığı endirim kodlarından istifadə edən zaman alınan məhsulun tam dəyəri həmin şəxsə ödənilir.

“İnanmaq çətin olsa da, belədir. Ona görə də, “Influencer”lərin aqressiv şəkildə link paylaşdığını görürük”, – deyə F.Pərdəşünas əlavə edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678