Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“AzerGold” istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

145 Baxış

Bakı Fond Birjasında “AzerGold” QSC-nin istiqrazlarının ikinci tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dan Oxu.Az-a verilən məlumata əsasən, 30 noyabr tarixində “AzerGold” QSC-nin ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqrazlarının ikinci tranş üzrə 10 milyon ABŞ dolları həcmində olan yerləşdirilməsi hərrac üsulu ilə həyata keçiriləcək.

İstiqrazların sayı 100 min ədəd, hər birinin nominal dəyəri – 100 ABŞ dolları, illik faiz dərəcəsi 4 faiz, tədavül müddəti 3 il, kupon faizlərinin ödəniş müddəti isə 90 təqvim günündən bir olaraq müəyyən edilib.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678