Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkədə bank kartlarından istifadə artıb

149 Baxış

2020-ci ilin yanvar-oktyabr aylarında debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 2 milyard 379 milyon manat təşkil edib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, ötən ayın göstəriciləri ilə müqayisədə əməliyyatların həcmi 1,9 faiz azalıb. İlin əvvəli ilə müqayisədə isə 26 faiz artıb.

Müvafiq dövrdə debet və kredit kartları ilə 19 milyon 97 min əməliyyat aparılıb. 

Debet kartlarının böyük qismini – 37,5 faizini sosial kartlar, 27,2 faizini əməkhaqqı kartları, 23,6 faizini digər debet kartları, 11,7 faizini isə kredit kartları təşkil edir.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678