Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycandan Gürcüstana nə qədər benzin və dizel yanacağı ixrac edilib?

152 Baxış

Azərbaycandan Gürcüstana ixrac edilən benzin və dizel yanacağının həcmi açıqlanıb.

Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb.

Belə ki, 2020-ci ilin 11 ayı ərzində Azərbaycan Gürcüstanın benzin və dizel yanacağı idxalı üzrə məhsul ixracının 19,3 faizini təşkil edib. Müvafiq dövr ərzində ölkəmizdən Gürcüstana 194 min ton benzin və dizel yanacağı ixrac olunub.

Gürcüstanın benzin və dizel yanacağı üzrə idxalında Azərbaycan ixrac həcminə görə Rusiyadan sonra ikinci ölkədir.

Azərbaycandan sonra 192 min ton ixracla Rumıniya (19,1 faiz), 102,9 min ton ixracla Bolqarıstan (10,2 faiz), 93,2 min ton ixracla Türkmənistan (9,3 faiz), 40,6 min ton ixracla Yunanıstan (4 faiz), 39,1 min ton ixracla Qazaxıstan (3,9 faiz), 14,7 min ton ixracla Türkiyə (1,5 faiz), 10,7 min ton ixracla Moldova gəlir.

Bildirilib ki, 2020-ci ilin yanvar-noyabr aylarında Gürcüstanda benzin və dizel yanacağı idxalı 1004,8 min ton təşkil edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678