Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvan dəhlizi şərqi Anadolu bölgəsinin ixracını üç dəfə artıracaq – VİDEO

151 Baxış

Yaxın gələcəkdə Naxçıvana açılacaq dəhliz tranzit gəlirlərinin əldə olunması ilə yanaşı bir çox sahədə iqtisadi gəlirlərin artımına səbəb olacaq. 

Baku TV xəbər verir ki, bu dəhliz vasitəsi ilə Ərzurum, Qars, Ardahan, Ağrı və İğdırda hazırda 160 milyon ABŞ dolları olan ixracatın 3,1 dəfə artaraq 5 mlrd ABŞ dollarına yüksələcəyi gözlənilir. 

İqtisadçı ekspert Razi Abasbəylinin sözlərinə görə, Naxçıvan dəhlizinin açılması Bakı-Tbilisi-Qars marşrutuna güclü dəstək yaratmaqla tarixi İpək Yolunun dirçəlməsinə töhfə verəcək. 

Məsələ ilə bağlı iqtisadçı ekspert Qadir İbrahimli bildirib ki, bu dəhliz tranzit gəlirlərinin əldə olunması ilə yanaşı, turizm və hotelçilik sektoruna da müsbət təsir edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678