Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bank BTB” kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara dəstəyini davam etdirir

152 Baxış

“Bank BTB” kənd təsərrüfatının inkişafına dəstək məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə əməkdaşlığını davam etdirir.

Belə ki, aqrar sahə ilə məşğul olan sahibkarlar güzəştli kredit şərtləri ilə kənd təsərrüfatı texnikası, damazlıq heyvan alışı və s. zəruri mal və avadanlıqları əldə edə bilərlər.

Nəzərinizə çatdıraq ki, 15 min AZN-dək təqdim olunan mikrokreditlər 12 ay güzəşt müddəti olmaqla, üç ilədək təklif olunur. Kreditlərin maksimum illik faiz dərəcəsi 12 faizdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 8 aprel tarixli fərmanı ilə aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə kreditlərin verilməsinə start verilib.

Mikrokreditlərdən yararlanmaq istəyən şəxslər “Bank BTB”nin onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də, 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946)  nömrəsinə müraciət edə bilərlər.

Bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat almaq mümkündür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678