Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağda İtaliya şirkəti ilə birgə həyata keçiriləcək layihələr açıqlandı – FOTO

160 Baxış

İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppenin təmsil etdiyi nümayəndə heyəti ilə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin görüşü olub.

“Azərenerji” ASC-dən verilən məlumata əsasən, görüşdə İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari də iştirak edib.

“Azərenerji” ASC-nin bir sıra beynəlxalq nəhəng şirkətlərlə işbirliyinin olduğunu diqqətə çatdıran Baba Rzayev, bu görüşün əsas məqsədinin həmçinin Azərbaycanın işğaldan azad edilən ərazilərində yeni, müasir tipli elektroenergetika infrastrukturunun yaradılmasından ibarət olduğunu bildirib. Baba Rzayev sıx əməkdaşlıq üçün öncə şirkətlər arasında işçi qrupunun və Bakı şəhərində “Ansaldo Energia” şirkətinin ofisinin yaradılması da daxil olmaqla aşağıdakı layihələr üzrə əməkdaşlıq imkanlarını qonaqların diqqətinə çatdırıb.  

İşğaldan azad olunan ərazilərdə yeni generasiya güclərinin yaradılması üçün Kəlbəcər, Laçın bölgələrində yeni tikiləcək kiçik su elektrik stansiyaları layihələrinin birgə həyata keçirilməsi;

İşğaldan azad olunan ərazilərdə yüksək gərginlikli yarımstansiyaların tikintisində və avadanlıqlar ilə təchizatında  “Ansaldo Energia” şirkətinin iştirakı;

Tezliyin tənzimatı üçün (Bakı şəhəri yaxınlığında Səngəçal ərazisində) BOT formatında tikintisi planlaşdırılan 390 MVt gücündə yeni elektrik stansiyası layihəsində “Ansaldo Energia” şirkəti ilə əməkdaşlıq;

“Azərenerji” ASC-nin ötürmə sistem operatorunun idarəetməsinin təkmilləşdirilməsi üçün proqram təminatının və yeni texnologiyanın tətbiqi;

“Azərenerji” ASC-nin baş idarəetmə, elm-tədris və laboratoriya kompleksində “Ansaldo Energia” şirkətinin istehsal etdiyi avadanlıqlardan ibarət trenajor mərkəzinin yaradılması məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

“Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppe “Azərenerji”nin sifarişi əsasında yenidən qurulacaq stansiyaların təchizatını təmin etmək üçün ökəsinin yüksək texnoloji avadanlıqların istehsalında ön sıralarda olduğunu deyərək, “Ansaldo Energia” şirkətinin Bakıda ofisinin yaradılması təklifini yüksək qiymətləndirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678