Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu il Azərbaycanın Avropaya nəql etdiyi neftin həcmi 200 milyon bareli ötüb

145 Baxış

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) 2020-ci ilin yanvar ayından bu günə qədər 200 milyon 750,9 min barel neft nəql edib.

Oxu.Az-ın “BOTAS International Limited”-in rəsmi internet səhifəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilin əvvəlindən noyabr ayının sonuna qədər BTC boru kəməri ilə nəql edilən neft Ceyhan terminalında 266 tankerə yüklənərək dünya bazarına yola salınıb.

BTC-nin Ceyhan terminalından 2006-ci ildən bu günə qədər 3 milyard 561 milyon barelə yaxın neft nəql edilib. Bu neft 4 min 647 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Qeyd edək ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğuldur. Şirkət, 2006-cı ilin 2 iyun tarixindən etibarən Ceyhan terminalından xam neftin nəql edilməsi prosesinə start verib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678