Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Amerika Ticarət Palatası azad edilmiş ərazilərin bərpasına öz töhfəsini verməyə hazırdır

129 Baxış

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) post-müharibə dövrü üçün Azərbaycan hökumətinə tam dəstək verəcəyini bəyan edib.

AmCham-dan verilən məlumatda deyilir ki, 260 üzvü birləşdirən Azərbaycanın ən böyük biznes assosiasiyası olaraq, hökumətin işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətindəki səylərini dəstəkləyir və bu istiqamətdə öz töhfəsini verməyə hazırdır.

Bildirilib ki, ölkəmizin bu vacib hədəfinə çatması istiqamətində dayanıqlı siyasət və müvafiq həll yollarının müəyyən edilməsi və həyata keçirilməsində hökümət, yerli və xarici işgüzar dairələr, eləcə də digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edəcək.

AmCham Azərbaycan, həmçinin, Prezident İlham Əliyev tərəfindən “YAŞAT” Fondunun yaradılmasını alqışlayır və ona hər cür yardım və dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Palata həyatını və sağlamlığını Vətən üçün qurban verən bütün qəhrəmanlara ən dərin hörmətini ifadə edib və bütün üzvlərini onların ailələrinə mənəvi və maddi dəstək göstərməyə çağırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678