Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın istehsal etdiyi avtomobillərin sayı açıqlanıb – FOTO

154 Baxış

Azərbaycan minik avtomobillərinin istehsalını azaldıb.

Oxu.Az-ın Dövlət Statistika komitəsindən əldə etdiyi məlumata əsasən, Azərbaycanda 2020-ci ilin yanvar-oktyabr aylarında 1642 ədəd minik avtomobili istehsal edilib. Bu da o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 430 ədəd az minik avtomobili istehsal olunub.

Oktyabr ayı ərzində ölkəmizdə 145 ədəd minik avtomobili istehsal edilib.

Ümumilikdə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 329 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı isə 47,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,2 faiz, maşın və avadanlıqların istehsalı isə 8 faiz artıb.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678