Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əhalinin NƏZƏRİNƏ: Güzəştli mənzillərin növbəti seçimi prosesinə başlanıldı

158 Baxış

Hövsan Yaşayış Kompleksində güzəştli mənzillərin növbəti seçimi prosesinə başlanılıb.

Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata əsasən, bu gün 490 mənzilin seçimi qısa müddətdə uğurla başa çatdırılıb, qalan 11 mənzilin seçimi 28 dekabr saat 11:00-dək davam edəcək.

Bildirilib ki, satışa çıxarılan 501 mənzilin seçimi “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.

Bugünkü satış zamanı 501 mənzilin seçimində iştirak edənlərin sayı 847 nəfər olub. Bu saata olan məlumata görə, seçilmiş 490 mənzilin 394-ü vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Ernst & Young” şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

Gözləmə qaydasında mənzillərin seçimi isə 22 dekabr tarixində saat 11:00-da başlayacaq və 28 dekabr saat 11:00-dək davam edəcək.

Qeyd edək ki, satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır.

Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk iki şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir.

Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək.

Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678