Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mərkəzi Bankdan dövlət büdcəsinə daxil olacaq vəsaitin həcmi açıqlandı

128 Baxış

Növbəti ildə Mərkəzi Bankın mənfəətindən dövlət büdcəsinə daxil olacaq vəsait açıqlanıb.

Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, Mərkəzi Bankın mənfəətindən dövlət büdcəsinə 250 milyon manat vəsaitin daxilolması nəzərdə tutulur.

Eləcə də bildirilib ki, Mərkəzi Bankın 2017-ci ilin maliyyə nəticələrinə görə əldə etdiyi mənfəətin sərbəst qalığının dövlət büdcəsinə ödənilməmiş hissəsindən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna uyğun olaraq 2020-ci ildə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülmüş 1 milyard manat məbləğində vəsaitin 880 milyon manatının 2021-ci il dövlət büdcəsinə transfert edilərək büdcənin gəlirlərinə aid edilməsi nəzərdə tutulur.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678