Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat: “İşğaldan azad edilən ərazilərin bərpası üçün vəsait artırılsın”

158 Baxış

“44 günlük Vətən müharibəsində qələbəni təmin edən səbəblərdən biri də dövlətimizin iqtisadi və maliyyə inkişafı idi. 44 gün ərzində biz sosial, iqtisadi cəhətdən heç bir çətinlik çəkmədik”.

Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan xalqının və dövlətinin qarşısında duran ən ümdə vəzifə işğaldan azad olunan ərazilərimizə qayıtmaqdır: “Əgər mümkündürsə, həmin ərazilərin bərpası üçün ayrılan 2,2 milyard manat artırılsın. Gələn il ölkəmizdə pensiyalar, müavinətlər artırılacaq. Bu, çox yaxşı bir haldır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678