Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi təsdiq edildi

146 Baxış

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, İşsizlikdən Sığorta Fondunun gələn il üzrə büdcəsinin gəlirləri 157 milyon 769 min 146 manat, xərcləri 157 milyon 769 min 146 manat məbləğində müəyyən edilib.

Fondun gələn ilki büdcəsindən işsizliyə görə sığorta ödənişlərinə 13 milyon manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 milyon manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 68 milyon 774 min 200 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678