Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın xaricə ixrac etdiyi məhsulun dəyəri açıqlanıb

149 Baxış

2020-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 22 milyard 746,1 milyon ABŞ dolları dəyərində olub.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi 25,9 faiz azalıb.

Ölkənin ixrac həcmi idxal həcmini üstələyib və 3 milyard 375,1 milyon ABŞ dolları həcmində müsbət xarici ticarət saldosu yaranıb.

Azərbaycan müvafiq dövr ərzində 13 milyard 60,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. İxrac həcmi ötən ilin eyni dövrünə nisbətən 28,6 faiz azalıb.

2020-ci ilin 11 ayında ölkəmiz 9 milyard 685,5 milyon ABŞ dolları həcmində məhsul idxal edib. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz azdır.

Azərbaycanla ticarət əməkdaşlığında 183 ölkə iştirak edib. Xarici ticarət iştirakçılarının ümumi sayı 42 min 124 olub. Eləcə də, xarici ticarət tərəfdaşlarının 34 min 179-u fiziki şəxslər, 7 min 945-i hüquqi şəxslər olub. O cümlədən, hüquqi şəxslərin 260-ı dövlət sektorunu, 7 min 685-i özəl sektoru əhatə edib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678