Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında enerji layihəsi imzalandı – FOTO

129 Baxış

Energetika Nazirliyi və ”Azərenerji” səhmdar cəmiyyəti ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında 240 MVt gücündə külək elektrik stansiyası layihəsi ilə bağlı müqavilələr imzalanıb.

Oxu.Az-ın məlumatına görə, imzalanma mərasimi onlayn formada təşkil olunub və mərasimi Səudiyyə Ərəbistanı Krallığının Energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl Səudun iştirakı ilə keçirilib.

Bildirilib ki, bu Azərbaycanda xarici sərmayə ilə həyata keçirilən ilk müstəqil külək enerjisi layihəsinin imzalanma mərasimidir.

Səudiyyə Ərəbistanı Krallığının Energetika naziri vurğulayıb ki, bu layihə Azərbaycanda enerji sektorunun daha da inkişaf etdirilməsi üçün üçün böyük bir hadisədir. Onun sözlərinə görə, bərpa olunan enerji resurslarından istifadənin inkişaf etdirildiyi bir dövrdə bu layihə sadəcə ölkə üçün deyil, eyni zamanda dünya üçün də əhəmiyyət kəsb edir.

O, ölkəsi ilə Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrə toxunub və gələcəkdə də enerji strukturlarının diversifikasiyasına və inkişaf etdirilməsinə töhfə verəcəklərini açıqlayıb.

Əbdüləziz bin Salman Əl Səud qeyd edib ki, “Acwa Power” şirkəti beynəlxalq miqyasda öncül şirkətlərdəndir. İmzalanan layihə bərpa olunan, etibarlı enerji mənbələrinin və ehtiyatlarının inkişafına nail olmağa təkan verəcək.

“ACWA Power” şirkətinin sədri Məhəmməd Abuhayyan əlavə edib ki, bu mötəbər tədbirdə və layihədə iştirak etməkdən qürur duyur. O vurğulayıb ki, bir çox şirkətlərlə və ölkələrlə əməkdaşlıq edilib, lakin, xüsusilə Azərbaycanla tərəfdaşlıq çərçivəsində qarşı tərəfin daima bu münasibətlərə ən peşəkar səviyyədə diqqət yetirməsi onu məmnun edib. Məhəmməd Abuhayyan Azərbaycanın yüksək səviyyədə peşəkarlıq nümayiş etdirdiyini bildirib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678