Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşğaldan azad olunmuş ərazilərdə reabilitasiya müəssisələri yaradılacaq

126 Baxış

“Cari il ərzində 250 milyon manat vəsaitə qənaət edilib. Həmin vəsait yenə də əhalinin sosial müdafiəsinə yönəldilib. Bu il vətəndaşlara 190 manat verilən zaman vəsaitin böyük bir hissəsi oradan istifadə olunub”.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu il ərzində altı reabilitasiya müəssisəsi də yenidən qurularaq istifadəyə verilib:

“Qısa müddət ərzində reabilitasiya mərkəzləri istifadəyə veriləcək. İşğaldan azad olunmuş ərazilərimizdə də reabilitasiya müəssisələri yaradılacaq”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678