Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR 100 milyon ABŞ dolları dəyərində istiqrazları nə vaxt dövriyyəyə buraxır? – AÇIQLAMA

151 Baxış

Yaxın həftələrdə SOCAR istiqrazlarının emissiyası gözlənilir.

Bu barədə Oxu.Az-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, istiqrazların yaxın zamanda emissiyası nəzərdə tutulub. Artıq istiqrazların dövriyyəyə buraxılması ilə bağlı hazırlıq işləri görülür:

“Daha əvvəl də olduğu kimi 100 milyon ABŞ dolları həcmində istiqrazların dövriyyəyə buraxılması gözlənilir. Bu günə qədər dörd ildir ki, əvvəlki emissiyada istiqrazlar alan şəxslər onun faiz ödənişlərini əldə edirlər. Zənnimizcə bu, Azərbaycanda istiqraz bazarının, birjanın canlanmasına öz töhfəsini verir. Bütün bu müsbət təcrübələri nəzərə alaraq, ikinci emissiyanın da uğurlu keçəcəyini ehtimal edirik. Daha dəqiq tarix müəyyən edildikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, artıq Mərkəzi Bank tərəfindən SOCAR-a məxsus 100 milyon ABŞ dolları məbləğində istiqrazların emissiya prospekti təqdim edilib. Hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları olan 100 000 (yüz min) ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazların emissiyası nəzərdə tutulub.

Bildirilib ki, istiqrazların sahibi qiymətli kağızların nominal dəyərindən illik 4,5 faiz olmaqla tədavül müddəti bitənə qədər faiz əldə edəcək. İstiqrazların əsas məbləğinin ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən beş il təşkil edir.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678