Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR əməkdaşı “Discovery-2020” müsabiqəsinin qalibi olub – FOTO

140 Baxış

SOCAR-ın əməkdaşı Elvin Əhmədov “Discovery-2020” qrant müsabiqəsində “Yaradıcı elmi yanaşma” nominasiyası üzrə ikinci yerin qalibi olub.

Bu barədə Dövlət Neft Şirkəti sosial media hesabında məlumat verib.

Belə ki, Elvin Əhmədov “Azneft” İstehsalat Birliyinin şöbə rəisi və Yer elmləri üzrə fəlsəfə doktorudur. O, Rusiya Elm və Yaradıcılıq Cəmiyyətinin təşkil etdiyi qrant müsabiqədə müəllifi olduğu “Tektonik qırılmaların xüsusiyyətlərinin geoloji-riyazi üsullar vasitəsilə tədqiqi” adlı layihəsi ilə iştirak edib.

70-dən çox elmi əsərin müəllifi olan SOCAR əməkdaşı dəfələrlə respublika və beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edib, diplomlarla təltif olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678