Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstandan Azərbaycana ixrac artıb

138 Baxış

2020-ci ildə Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 536,2 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin dəyəri əvvəlki ilin göstəricilərinə nisbətən 18,6 faiz azalıb.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən il Azərbaycandan Gürcüstana 461,9 milyon dollar dəyərindən məhsul ixrac edilib. 2019-cu ilin göstəricilərinə nəzərən ixrac həcminin dəyəri 21,3 faiz azalıb.

Eləcə də, Gürcüstandan Azərbaycana 74,3 milyon dollar dəyərində məhsul idxal edilib. İdxal həcminin dəyəri əvvəlki ilə nisbətən 3 faiz artıb.

2020-ci ildə Azərbaycanla ümumi ticarət dövriyyəsində Gürcüstanın payı 2,19 faiz təşkil edib. Gürcüstan Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Ukrayna, ABŞ, Hindistan, Fransa və Yunanıstandan sonra ən çox ticarət əməliyyatları həyata keçirdiyimiz 11-ci ölkə olub.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678