Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşsizlikdən sığorta ödənişinin hesablanması qaydaları dəyişdirilir

141 Baxış

İşsizlikdən sığorta ödənişinin hesablanması qaydaları dəyişdirilir.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanunun qüvvədə olan variantına əsasən, işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsi ilə həyata keçirilir.

Təklif olunan qanun layihəsi sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləğinin nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarında olan aylıq gəlirləri barədə məlumatlar əsasında müəyyən edilməsini nəzərdə tutur.

Bununla da orta əməkhaqqının hesablanması (sığorta ödənişi orta əməkhaqqından hesablanır) üçün zəruri olan aylıq gəlirlər barədə məlumatların avtomatlaşdırılmış qaydada əldə olunması təmin olunur.

Nəticədə sığorta ödənişinin təyinatı zamanı vətəndaş-məmur təması, habelə sığortaolunan və sığortadən tərəfindən müxtəlif sənədlərin təqdim edilməsi zərurəti aradan qaldırılır.

Layihə parlamentin yaz sessiyasında müzakirə olunacaq.

Aqşin Kərimov

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678