Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gənc müəllimlərə verilən kompensasiya artırıldı

147 Baxış

Kənd yerlərində pedaqoji profilli ali və orta ixtisas təhsilli, yaşı 35-dək olan müəllimlərin kommunal xidmətlər və yaşayış yerinin kirayə haqqını ödəmək üçün məbləğ artırılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla həmin kateqoriyadan olan müəllimlərə verilən kompensasiyanın məbləği 60 manatdan 90 manata qaldırılıb.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678