Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şahmar Hüseynov: “Azneft” İB-də 50-yə yaxın gənc rəhbər vəzifə tutur – FOTO

147 Baxış

“Ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan, dünya brendinə çevrilən SOCAR gənclərin gələcək inkişafı üçün mühüm platformadır”.

Bunu “Azneft” İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynov 2 fevral – Gənclər Günü münasibətilə gənclərə ünvanladığı təbrikində deyib.

“Müasir dünya arenasında kifayət qədər gənc, həmçinin, böyük nüfuz və söz sahibi olan müstəqil Azərbaycanda gənclərə böyük diqqət var. Ulu öndər Heydər Əliyevin ölkə prezidenti kimi 1997-ci ildə imzaladığı Sərəncamla hər il ölkədə 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edilməsi, möhtərəm Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və bu istiqamətdə atılan digər mühüm addımlar gənclərə olan qayğının bariz nümunəsidir.

Günbəgün gəncləşən, yenilənən Azərbaycanda gənclər istər ictimai həyatda, istərsə də dövlət idarəçiliyində irəli çəkilir, gənc istedadlara geniş imkanlar yaradılır” – deyə, qurumun baş direktoru qeyd edib.

O bildirib ki, SOCAR-ın ən böyük istehsalat sahəsi olan “Azneft” İstehsalat Birliyində kifayət qədər bacarıqlı, istedadlı gənclərimiz çalışır:

“SOCAR-ın uzun illər ərzində həyata keçirdiyi təqaüd, eyni zamanda ödənişli yay təcrübəsi proqramlarında iştitak edən savadlı gənclər neft və qazçıxarma sahələrində işlə təmin edilərək peşəkar mütəxəssis kimi yetişib, neft-qaz sənayemizin inkişafına mühüm töhfələr veriblər. 

Hazırda “Azneft” İstehsalat Birliyində 800-yə qədər gənc çalışır, onlardan 50-yə yaxını rəhbər vəzifə tutur. Qarşıya qoyulan vəzifələrin icrasında hər zaman fəal, məsuliyyətli olan, peşəkarcasına davranan, veteran neftçilərin təcrübəsindən yararlanaraq innovativ tətbiqlər həyata keçirən neftçi gənclərimiz bizim gələcəyimiz, qürur mənbəyimizdir. Biz neftçi gənclərimizlə həm də ona görə fəxr edirik ki, onlar əsl vətənpərvərlik nümunəsi nümayiş etdirərək 44 günlük zəfər savaşında vətənin müdafiəsinə qalxdılar, düşmənlə döyüşdülər və qələbə qazandılar”.

 

Əziz neftçi gənclər! Sizi 2 Fevral – Gənclər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, şəxsi və iş həyatınızda…

Posted by Azneft İstehsalat Birliyi on 2 Fevral 2021, Çərşənbə axşamı


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678