Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Səngəçal” terminalından ixrac olunan qazın həcmi artıb – FOTO

176 Baxış

2020-ci il ərzində “Səngəçal” terminalından təxminən 239 milyon barel neft və 17,8 milyard kubmetrdən çox “Şahdəniz” qazı ixrac olunub.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, ötən il 208 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 31 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib. İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 49 milyon kubmetr “Şahdəniz” qazı ixrac edilib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 85 milyon standart kub metrdir. Ümumi qaz emalı və ixracı gücü isə (Azəri-Çıraq-Günəşlinin səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon kub metrdir.

2020-ci il ərzində Azəri-Çıraq-Günəşlidən SOCAR-a əsasən “Səngəçal” terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr səmt qazı verilib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678