Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azəri Mərkəzi Şərqi” layihəsindən 2023-cü ildə ilk hasilatın əldə olunması gözlənilir – FOTO

136 Baxış

COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, il ərzində “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi, eləcə də, BP-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam edib.

Bu barədə Oxu.Az-a 2020-ci ilin yekunları ilə bağlı “BP Azərbaycan”dan məlumat verilib.

İlin sonuna müfəssəl mühəndis-layihələndirmə işləri əsasən bitib. İl ərzində daha əvvəllər gətirilmiş çoxsaylı lövhələr, boru xətləri və digər iri materiallara əlavə olaraq dördüncü rübdə ən azı 10 iri avadanlıq yükü Bakıya çatdırılıb.

Platformanın üst modullarının və qazma qurğularının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq bloku payalarının tikintisi tamamlanıb, yüklənərək platformanın quraşdırılacağı yerə göndərilib və təhlükəsiz şəkildə dəniz dibində quraşdırılaraq platformanın dayaq blokunu qəbul etməyə hazır vəziyyətə gətirilib. Dayaq blokunun quraşdırılması işləri davam edib. Hazırda onun birinci seksiyaları stapelə yüklənib. 2020-ci ildə həmçinin sualtı qurğuların istehsal-quraşdırma işlərinə başlanıb.

“Səngəçal” terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi ilin sonuna, demək olar ki, tamamlanıb və bu nəzarət otağının quraşdırması 2021-ci ilə planlaşdırılır.

2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis və tədarük işləri qrafikə uyğun davam edir, təchizatçılar tərəfindən göndərilən iri avadanlıq yükləri Azərbaycana doğru hərəkət etməkdə davam edir.

2020-ci ilin mühüm geoloji kəşfiyyat işlərinə əlavə olaraq bildirilib ki, “Dayazsulu Abşeron” blokunda qazılacaq ilk kəşfiyyat quyusu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi avqust ayında ictimaiyyətə açıqlanıb. İki aylıq müzakirədən sonra müvafiq sənəd yenilənib, 2021-ci ilin ikinci rübündə qazma işlərinə başlamaq üçün lazımi icazələrin alınması məqsədilə yenidən hökumətə təqdim edilib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678