Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ötən il Azərbaycanda nə qədər meşə sahəsi bərpa olunub?

196 Baxış

2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 10 382 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 21 668 hektar təşkil edib.

Görülmüş tədbirlər çərçivəsində 527 hektar sahədə meşə əkinləri, 121 hektar sahədə meşə səpinləri işləri aparılıb, 68,5 hektar sahədə meşə-bağlar, 5 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 9 660 hektar sahədə təbii bərpaya kömək göstərilib.

Bundan başqa, səpin sahələrində 9,6 hektar sahəyə toxumlar səpilib, 2 hektar çilik kökləndirməsi sahələrinə 93,2 min ədəd çilik basdırılıb.

2020-ci ildə meşə fondu sahələrindən 51 ton meyvə, meşə ağac və kol cinslərinin toxumları tədarük edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678